Bu gün qitə birinciliyində qrup mərhələsinə yekun vurulacaq Bu gün qitə birinciliyində qrup mərhələsinə yekun vurulacaq
  • Fanat
  • 23 İyun 2021 09:46
  •  5 350

Portuqaliya Fransaya qarşı

Bu gün qitə birinciliyində qrup mərhələsinə yekun vurulacaq

Futbol üzrə Avropa çempionatı davam edir.

AzNews.az xəbər verir ki, bu gün qitə birinciliyində qrup mərhələsinə yekun vurulacaq.

Sonuncu gündə E və F qruplarında bütün suallara aydınlıq gəlmiş olacaq. Əvvəlcə E qrupu çərçivəsində Slovakiya - İspaniya və İsveç - Polşa oyunları baş tutacaq.

Daha sonra F qrupunda Portuqaliya Fransayla, Almaniya isə Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək.

Avro-2020

23 iyun

E qrupu

20:00. Slovakiya – İspaniya

Baş hakim: Byörn Kuypers (Niderland).

Sevilya. “La Kartuxa” stadionu.

20:00. İsveç – Polşa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Sankt-Peterburq. Yeni Zenit stadionu.

F qrupu

23:00. Portuqaliya – Fransa

Baş hakim: Antonio Mateu Lahos (İspaniya).

Budapeşt. “Puşkaş Arena”.

23:00. Almaniya – Macarıstan

Baş hakim: Sergey Karasyov (Rusiya).

Münhen. “Alyans Arena”.