Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub
  • Fanat
  • 10 Noyabr 2021 15:26
  •  9 102

Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxub

Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub

Bu barədə 73 yaşlı mütəxəssisin özü məlumat verib.

Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: "Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxardıb".

Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub. O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb. Hazırda Şubina "Qaradağ" həndbol klubunun prezidentidir.