Yığma üzvü Mehdi Budaqlı ölkəmizin taekvondo tarixinə düşüb Yığma üzvü Mehdi Budaqlı ölkəmizin taekvondo tarixinə düşüb
  • Fanat
  • 29 İyul 2022 20:13
  •  8 817

Azərbaycan taekvondoçusu tarixi nailiyyətə imza atıb

Yığma üzvü Mehdi Budaqlı ölkəmizin taekvondo tarixinə düşüb

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi davam edir.

Aznews.az xəbər verir ki, Taekvondo Federasiyasından verilən məlumata görə, mundialın ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Yığma üzvü Mehdi Budaqlı ölkəmizin taekvondo tarixinə düşüb. 33 kq çəki dərəcəsində mübarizə aparan idmançı keçirdiyi 6 döyüşün hamısını qələbə ilə başa vuraraq, yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu tutuluna sahib olub.

Budaqlı mundialda mübarizəyə 1/32 finaldan başlayıb. O, ilk döyüşündə kanadalı Levi Qavası yeni qaydalara əsasən raund hesabında məğlub edib - 2:0. Taekvondoçumuz ardınca Dieqo Qerubiniyə (Avstraliya), Conatan Haimiyə (İsraill) və Nelson Dedeqbeniyə (Fransa) 2:0 ilə qalib gələrək yarımfinala adlayıb.
Mehdi finala vəsiqə uğrunda moldovalı Maksim Kravçenkoya da şans verməyib (2:0).

İnamlı döyüş sayəsində həlledici görüşə adlayan taekvondoçumuz uğurlu seriyanı davam etdirib. Finalda özbəkistanlı Dilmurod Marufcanovla qarşılaşan Mehdi yenə də dayanqdan 2:0 hesablı qələbə ilə ayrılıb və mundialın qızıl medalına yiyələnib.

Bununla da, 14 yaşlı taekvondoçu tarixi uğurumuzu rəsmiləşdirib. O, dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalıb.

Qeyd edək ki, Sofiyada keçirilən mundail iyulun 31-də başa çatacaq.

image description image description image description