Günay Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib Günay Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib
  • Fanat
  • 29 Avqust 2022 23:11
  •  7 972

Avropa çempionatı: Azərbaycan şahmatçısı erməniyə qalib gəlib

Günay Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Aznews.az xəbər verir ki, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.

Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.

Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.