Bunu son klubu “Qalatasaray” olan futbolçunun özü açıqlayıb Bunu son klubu “Qalatasaray” olan futbolçunun özü açıqlayıb
  • Fanat
  • 12 Sentyabr 2022 19:58
  •  17 887

Arda Turan karyerasını bitirib

Bunu son klubu “Qalatasaray” olan futbolçunun özü açıqlayıb

Arda Turan futbolçu karyerasını başa vurub.

Aznews.az saytının məlumatına görə, bunu son klubu “Qalatasaray” olan futbolçunun özü açıqlayıb.

O, həyat yoldaşının yutub kanalı vasitəsilə belə qərar verdiyini bəyan edib. Hücumameylli yarımmüdafiəçi vida etməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, 2005-11 və 2020-22-ci illərdə “Qalatasaray”da çıxış edən Turan “Atletiko” (2011-15) və “Barselona”da (2015-20) forma geyinib. O, icarə əsasında “Manisaspor” (2006) və “Başakşəhər”də (2018-20) də çıxış edib. Arda 2006-17-ci illərdə Türkiyə millisinin şərəfini qoruyub.