• Fanat
  • 24 May 2023 18:00
  •  8 372

Barselonada Jordi Alba dövrü başa çatır

İspaniya La Liqa komandalarından biri olan "Barselona" müqaviləsi 2024-cü ildə başa çatacaq Jorbi Alba ilə yollarını ayırdıqlarını açıqlayıb.

Aznews.az xəbər verir ki, Kataloniya klubundan verilən açıqlamada "Təşəkkür edirəm Jordi Alba",-deyə qeyd edilib.

34 yaşlı təcrübəli oyunçu bu həftə sonu oynanılacaq "Malyorka" matçı ilə sonuncu dəfə "Kamp Nou"da "Barselona" azarkeşləri önündə meydana çıxacaq.

Təcrübəli sol cinah müdafiəçisi Barselonada Çempionlar Liqası, FIFA Klublararası Dünya Kuboku , La Liqa (6), UEFA Super Kuboku, İspaniya Kral Kuboku (5) və İspaniya Super Kubokunu (4) qazanıb .

Mövsüm