- Fanat
- 14 May 22:15
- 784
"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub

"Sabah" ardıcıl üçüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.
Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn "bayquşlar" qızıl medallara sahib çıxıblar.
Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, tərəflər arasında əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.