- Fanat
- 09:13
- 2 208
Azərbaycan güləşçiləri Tiranada Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı "Tirana"da keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaqlar.
Aznews.az xəbər verir ki, yarışın ilk günündə beş yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.
Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) məşqçilər korpusunun etimadını doğrultmağa çalışacaqlar.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.