Fövqəladə Hallar naziri məqalə yazıb Fövqəladə Hallar naziri məqalə yazıb
  • Flash
  • 16 Dekabr 2020 10:30
  •  5 413

FHN-in indiyədək hansı xarici ölkələrə yardım göndərdiyi açıqlanıb

Fövqəladə Hallar naziri məqalə yazıb

"Yola salınan illər ərzində Rusiya Federasiyasında, İsrail dövlətində, Gürcüstanda baş vermiş meşə yanğınları, Pakistan İslam Respublikasında, Rusiya Federasiyasında, Əfqanıstan İslam Respublikasında, Serbiya Respublikası və Bosniya və Herseqovinada daşqınlar, Türkiyə Respublikasının Van vilayətində, İran İslam Respublikasında baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən onlara müvafiq kömək göstərilib".

AzNews.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov "Azərbaycan" qəzetindəki məqaləsində yazıb.

O bildirib ki, Azərbaycan Respublikasının Hökuməti səviyyəsində Qırğız Respublikasının Oş vilayətində, Haitidə baş vermiş zəlzələlərin, Filippində baş vermiş qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün maddi yardımlar edilib: "Misirdəki iğtişaşlarla əlaqədar burada yaşayan azərbaycanlıların, Nepalda baş vermiş dağıdıcı zəlzələ nəticəsində fəlakət zonasında olan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə təcili təxliyəsi həyata keçirilib. Azərbaycan Hökuməti adından Cibuti Respublikasına, həmçinin Myanmada Rohingya müsəlmanlarına qarşı kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə humanitar yardımlar çatdırılıb".