“700 balı ona görə yığa bilmədim” - 692 bal yığan Aynurun evindən fotolar

Qəbul imtahanlarından 692 bal toplayan 314 nömrəli orta məktəbin məzunu Aynur Babayeva seçəçəyi ixtisasın və ali məktəbin adını açıqlayıb.


O, AzNews.az-a açıqlamasında bildirib ki, hüquqşünas ixtisasını seçmək istəyir: "Hüquqşünas, yaxud da diplomat olmaq istəyirəm. Hələki dəqiq seçim etməmişəm. Seçəcəyim təhsil ocağı isə ya Azərbaycan Diplomatik Akademiyası (ADA) universiteti, ya da Dövlət İdarəçilik Akademiyası olacaq.

A.Babayeva onu təmənnasız hazırlayan müəllimlərinə borclu olduğunu deyib: "Onların mənəvi dəstəyi nəticəsində bu nəticəni əldə etdim. Amma özüm də qarşıma məqsəd qoymuşdum ki, 700 bal yığacağam. 1 suala səhv cavab yazdığım üçün 700 baldan məhrum oldum, ancaq bu nəticə də pis deyil".

Qeyd edək ki, Aynur 3 uşaqlı Babayevlərin böyük övladıdır.

A.Babayevanın təhsil aldığı 314 nömrəli məktəbin direktor müavini Sara Babayeva da şagirdlərinin imtahan nəticələrindən danışıb. O, Aynurun hər zaman yaxşı oxuyan uşaq olduğunu deyib: "Aynur cüzi bir yalnışlıq edib, açıq tipli sualın cavabını yaza bilməyib. Ona görə özünü bağışlamır. Ana-dili və ədəbiyyat müəllimi Asif Salmanov onun bir sualı səhv edəcəyini yuxusunda da görüb. Bu yuxusunu tarix müəllimi Ramala danışıb. Yuxu da çin çıxdı. Bizim müəllimlər istedadlı şagirdlərə dəstək olur və olacaq da. Aynurun valideynləri işsizdir, təhsilsizdir. İmkansız ailədir. Buna görə müəllimlər onu pulsuz hazırlaşdırdı ki, nəticə əldə eləsin. Əsas pul deyil, şagirdimizin yüksək nəticəsidir".

Fotolar "Kaspi" qəzetinindir.



Bahar RÜSTƏMLİ
AzNews.az
image description image description image description image description