“Tramp əlimdən tutub, otaq nömrəmi istədi...” - Fotolar

Macarıstan gözəli, 30 yaşlı Kata Sarka ABŞ prezidenti Donald Trampa qarşı ciddi ittiham irəli sürüb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bundan əvvəl yanvarın 20-də prezidentlik postunu təhvil alacaq Trampın seks videolarının Rusiyanın əlində olduğu iddia edilmişdi.

Macar gözəli Kata Sarka da bu iddiaları təsdiqləyən açıqlama edib.

Belə ki, 2013-cü ildə Moskvada təşkil edilən Dünya Gözəllik müsabiqəsini izləməyə gedən Sarka Donald Trampın yarışma sonrası ona əxlaqsız təklif etdiyini açıqlayıb.

Sarkanın dediklərinə görə, Tramp ona yaxınlaşaraq əlindən tutub və özünə yaxınlaşdıraraq kim olduğunu soruşub: “Mən də həyəcanlandığım üçün o an sadəcə "Macarıstan" deyə bildim. Daha sonra mənim qaldığım oteli və otaq nömrəmi soruşdu. Ancaq o, mənim zövqümdə biri olmadığı üçün bu təklifi rədd etdim”.

AzNews.az