Venesuelada qarşıdurma- Hərbi maşın etirazçının üstündən keçdi

Venesuelada hökumətə qarşı baş qaldıran etirazlar səngimək bilmir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Karakasda etirazçılarla polis qüvvələri arasında növbəti qarşıdurmalar yaşanıb. Qarşıdurmalar zamanı xəsarət alanların olduğu bildirilir. Məlumata görə, hərbi avtomobil etirazçılardan birinin üzərindən keçib. Etirazçılar molotov kokteylləri ilə polisə müqavimət göstəriblər. Polis gözyaşardıcı qazlarla aksiyanı dağıtmağa çalışıb.

Venesuelada artıq bir aya yaxındır ki, hökumətə qarşı etiraz aksiyaları keçirilir. İndiyə qədər etirazlar zamanı baş vermiş qarşıdurmalarda ölənlərin sayı 36 nəfərə çatıb. 700-dən çox insan xəsarət alıb.

Etirazçılar ölkədə siyasi-iqtisadi vəziyyətin gərginləşməsi ilə əlaqədar hökumətə qarşı çıxışlar edirlər.

Bəxtiyar Abbasov

AzNews.az