"MTV Kino Mükafat"ları təqdim olundu- Qaliblər+FOTO

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində 2017-ci il MTV Kino Mükafatlarının təqdimat mərasimi baş tutub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, tarixdə ilk dəfə eyni zamanda həm film, həm də seriallar üzrə müküfatlar təqdim olunub. Təşkilatçılar namizədlər arasında gender ayrıseçkiliyi etməkdən imtina ediblər.

Mərasimdə ən yaxşı aktrisa adına britaniyalı aktrisa Emma Uotson layiq görülüb. Onun rol ifa etdiyi “Gözəl və Çirkin” filmi ilin ən yaxşı filmi seçilib.

Ən yaxşı serial isə “Çox qəribə işlər” layihəsi olub.

Ən yaxşı aktrisa - Emma Uotson

Ən yaxşı komediya rolu ifaçısı – Lil Rel Xaueri

Ən yaxşı qəhrəman – Taraci Henson

Ən yaxşı mənfi xarakter – Cefri Din Morqan

Ən yaxşı öpüş – Eşton Sanders və Carrel Cerom

Ən yaxşı duet – Hyu Cekman və Dafni Kin

Bəxtiyar Abbasov

AzNews.az