- Köhnə - Günün fotosu
- 16 Yanvar 2015 16:34
- 10 556
Dünyanın ən elastik qızı – FOTOLAR
Dünyada ən elastik qız hesab edilən 28 yaşlı Yuliya Güntel 2015-ci il təqvimi üçün fotosessiyaya çəkilib.
AzNews.az xəbər verir ki, Böyük Britaniyada Yuliyanı dünyada ən elastik qız, Almaniyada isə qadın-ilan adlandırırlar.



Yuliya Güntel Tatarstanda anadan olub, hazırda isə Almaniyada yaşayır.

Onda bu bacarıq 4 yaşında üzə çıxıb. O vaxt 46 saylı baxçanın müəllimi Qalina Valentinovna Pavlova Yuliyanın böyük gələcəyi olduğunu deyib. Yuliya isə həyatda qazandığı uğurlara görə doğrudan da bu xanıma borclu olmalıdır.


6 yaşından sirkdə məşq edən Yuliya 10 yaşında artıq özünün ilk nömrəsi ilə səhnəyə çıxıb.

Güntel hər gün 6 saat məşq edir.

O, daha çox "Zlata" ləqəbilə tanınır.

Yuliya 2 dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

O, artıq öz həyatını aktrisa peşəsindən kənarda hiss etmir və bunun üçün çox çalışır.
