Ebola virusundan ölənlərin sayı artır

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ölənlərin sayı artıb.

AzNews.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Konqo Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

Qeyd olunur ki, son 24 saat ərzində 13 nəfər artaraq 304-ə çatıb. Virusa yoluxanların sayı əvvəlki günlə müqayisədə 37 nəfər artaraq 1155-ə yüksəlib.