Bakı Bulvarında yerləşən attraksionlardan biri, Kukla teatrının yaxınlığındakı “Şeytan çarxı” təhlükəli vəziyyətdədir. Bakı Bulvarında yerləşən attraksionlardan biri, Kukla teatrının yaxınlığındakı “Şeytan çarxı” təhlükəli vəziyyətdədir.

Bakı Bulvarında fırlanan ölüm – Real təhlükə (FOTOFAKT)

Bakı Bulvarında yerləşən attraksionlardan biri, Kukla teatrının yaxınlığındakı “Şeytan çarxı” təhlükəli vəziyyətdədir.

AzNews.az-ın əməkdaşının apardığı müşahidələr nəticəsində məlum olub ki, baxımsızlıqdan attraksionun əsas dayaq yerləri pas atıb və onların qırılma riski artıb. Bundan başqa, kabinləri saxlayan dəmirlər də paslanaraq sıradan çıxmaq üzrədir.





"Şeytan çarxı"ında ən təhlükəli vəziyyət isə, əsas işi görən daşıyıcı kəndirdədir (tros). Diqqətlə baxdıqda görmək olur ki, həmin "tros" iki dəfə qırılıb. Onu tam dəyişmək əvəzində isə qırılan yerlərə başqa "tros"la calaq ediblər. İndi həmin calaqlar ayrılmaq üzrədir. Bu da təbi ki, bulvara əyləncə məqsədi ilə gələn və sözügedən attraksiondan istifadə etmək istəyən şəxslər üçün potensial təhlükə mənbəyidir.





Attraksionu işlədən şəxslər isə bütün bunları təhlükə hesab etmir. Onların sözlərinə görə, 30 ildir işləyən bu "Çeytan çarxı"nda heç bir şeytanlıq görməyiblər.
Onlar həm də bildiriblər ki, attraksionda hər hansı bir bədbəxtliklə üzləşənlərə kompensasiya verilir: "Bizim sığorta şirkəti ilə müqaviləmiz var. Həmin müqaviləyə əsasən attraksionlarda baş vermiş qəza nəticəsində ölüm halına görə 5 min manat, əlillik dərəcəsindən və aldığı xəsarətlərdən aslı olaraq 2-3 min manat arasında sığorta ödənişi nəzərdə tutulub".























Azər
image description image description image description