“2014-cü il üzrə dünya gözəli”nin adı dünən gecə açıqlanıb. “2014-cü il üzrə dünya gözəli”nin adı dünən gecə açıqlanıb.

“2014-cü il üzrə dünya gözəli” bəlli oldu – FOTOLAR

“2014-cü il üzrə dünya gözəli”nin adı dünən gecə açıqlanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Associated Press" agentliyi yayıb.
88 namizədlər arasında bu ada kolumbiyalı Paulina Veqa layiq görülüb.

Mayami şəhərində keçirilən bu yarışda ilk beşlikdə ABŞ, Niderland, Ukrayna və Yamayka təmsilçiləri qəraqlaşıblar.

Gözəllik yarışması NBC telekanalı ilə canlı yayımlanıb.

Qalibə 300 min dollar pulu Venesuela vətəndaşı Qabriela Ayler verib.

Paulina Veqanın 22 yaşı var. O, valideynləri müsiqiçi olan böyük bir ailədə anadan olub. Onun 3 qardaşı və 4 bacısının olduğu deyilir. Dünya gözəlinin babası məşhur opera müğənnisidir.

8 yaşından model kimi fəaliyyətə başlayan Veqa öz anketində yazıb ki, o, gözüaçıq yatır və rəqs etməyi xoşlayır.

Qeyd edək ki, ilk dəfə dünya gözəli yarışması 1951-ci ildə keçirilib. Həmin vaxt dünyanın 19 ölkəsindən finala çıxanlar arasında Finlandiyadan olan 18 yaşlı məktəbli Armi Kuusela qalib gəlib. 1972-ci ilədək bu tədbir ABŞ ərazisində təşkil edilib. 1973-cü ildə isə yarışma Yunanıstanda keçirilib. 1996-cı ildən etibarən isə bu mötəbər gözəllik yarışması iş adamı Donald Trampa məxsusdur.