- Köhnə - Günün fotosu
- 14 Aprel 2015 17:58
- 8 068
Elnur Hüseynov Budapeştdə - Fotolar

Azərbaycanın “Eurovision 2015” Mahnı Müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov tanıtım turlarını davam etdirir.
AzNews.az İctimai Televiziyaya istinadən xəbər verir ki, dünən Budapeştdə olan Elnur Hüseynov oradakı fanları ilə görüşüb. Azərbaycan təmsilçisi ölkənin ictimai televiziyasında bir neçə televiziya proqramının qonağı olub. O, Macarıstanı bu il Avropanın nüfuzlu mahnı yarışında təmsil edəcək Boqqi ilə eyni səhnəni paylaşıb. Elnur "Hour of the wolf" adlı balladasını səsləndirib.Qeyd edək ki, ölkə təmsilçimiz tanıtım turu çərçivəsində Riqada müsabiqə öncəsi təşkil edilən konsertdə çıxış edib. Onunla eyni səhnəni Latviya, Gürcüstan, Böyük Britaniya, İsveçrə, Polşa, Litva təmsilçiləri bölüşüb.
Ölkə təmsilçimizin tanıtım turu çərçivəsində növbəti dayanacaqları Amsterdam, Moskva şəhərləri olacaq. O, aprelin 18-də bu ilki Eurovision şousunun 20 iştirakçısı ilə birlikdə Niderlandda hər il keçirilən ənənəvi "Eurovision in Consert" partisində çıxış edəcək. Aprelin 24-də isə Rusiyanın paytaxtında müsabiqə öncəsi daha bir tədbirə qatılacaq. Müsahibəsində böyük Eurovision ailəsinə qayıtmaqdan məmnunluğunu bildirən ölkə təmsilçimiz bu il 60-cı Avstriyanın paytaxtında keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin ikinci yarımfinalında səhnəyə çıxacaq. O, 11-ci çıxış edəcək.
Müsabiqənin ikinci yarımfinalı mayın 21-də, finalı isə 23-də olacaq.









