Özçəkimlər bizim həyatımızın ən vacib məşğuliyyətinə çevrilib. Lakin özçəkim etmək üçün bəzi riskli cəhdlər geridönüşü mümkün olmayan nəticələr verir. Özçəkimlər bizim həyatımızın ən vacib məşğuliyyətinə çevrilib. Lakin özçəkim etmək üçün bəzi riskli cəhdlər geridönüşü mümkün olmayan nəticələr verir.

Ölümün bir addımlığında – FOTOLAR

Özçəkimlər bizim həyatımızın ən vacib məşğuliyyətinə çevrilib. Lakin özçəkim etmək üçün bəzi riskli cəhdlər geridönüşü mümkün olmayan nəticələr verir.


AzNews.az xarici mediaya istinadən sonu fəlakətlə nəticələnən bir sıra özçəkimləri təqdim edir:


17 yaşlı Kseninin şəkli diqqət çəkicidir. Lakin, bir dəqiqə sonra qız müvazinətini itirir.



21 yaşlı gənc oğlan cəsarətli şəkildə qatarın damına çıxmağı qərara alır. Yalnışlıqla başı ilə elektrik naqillərinə toxunur və min voltluq elektrik onun həyatına son qoyur.



2 il əvvəl meksikalı pop ulduz Cenni Rivera öz şəxsi təyyarəsində əyləncə təşkil edir. Bu şəkildə hamı xoşbəxtdir. Lakin 1 dəqiqə sonra təyyarə qəza törədir.



Bu özçəkimdə Kortni Senford çox şaddır. Belə ki qısa zaman ərzində o, Farel Uilyamın konsertində olacaqdı. Lakin onun bu arzusu baş tutmur. Kortninin avtomobili yük maşını ilə təqquşur.



Meksikalı musiqiçi Cadiel öz son şəklini Nyu-York küçələrində motosikletlə sürətlə gəzərkən çəkib. Əgər o, fikrini cəmləyib yola diqqətlə baxsaydı, bəlkə də, dəhşətli qəzadan qurtula bilərdi.



Qari Slok və onun anası Malayziyaya məxsus "Boinq"in göyərtəsində şəkil çəkdiriblər. Təyyarə Ukrayna üzərində vurulub.



Bu iki qadın isə sağ qalıb. Rəfiqələr maşında karaoke ifa etdikləri zaman özçəkim edib dostlarıyla bölüşmək istəyiblər. Qızlar özçəkimlə elə məşğul olublar ki, qarşı hərəkət xəttinə keçdiklərinin fərqində olmayıblar. Növbəti özçəkimləri xəstəxanaya gedən yolda çəkilib.



Oskar evə içkili vəziyyətdə gələrək silahla özçəkim etmək istəyib. İstəmədən başına tutduğu silahın tətiyini çəkib.



Qızlar bakalavr dərəcəsi aldıqdan sonra şənliyə tələsiblər. Özçəkimə başları qarışan qızlar başqa maşınla toqquşublar. Soldakı qız üçün bu son şəkil olub.

Bəzən biz hər anın bizim üçün nə qədər dəyərli olduğunu unuduruq. Biz ehtiyatı, bizi sevən insanları unuduruq. Biz unuduruq ki, həyat çox qısadır və onun hər anı hər şeyi dəyişə bilər.

Aydan Axundova