- Köhnə - Hadisə
- 2 Fevral 2016 10:47
- 2 483
Ev əşyaları ilə birlikdə yandı

Bakı şəhəri, Nəsimi rayonunda ev yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 126 kv.m olan üçmərtəbəli 5 otaqlı evin mətbəxində soyuducu və şkaf 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.