Bakı-Hacıqabul yolunda qəza baş verib. Sərnişinlərdən bir nəfər ağır xəsarət alıb. Bakı-Hacıqabul yolunda qəza baş verib. Sərnişinlərdən bir nəfər ağır xəsarət alıb.

Azərbaycanda fəhlələri daşıyan mikroavtobus aşdı - Yaralı var

Bakı-Hacıqabul yolunda qəza baş verib. Sərnişinlərdən bir nəfər ağır xəsarət alıb.


AzNews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən ans press-ə verilən məlumata görə, hadisə Bakı Hacıqabul yolunun 17-ci kilometrliyində, Qaradağ rayonu ərazisində qeydə alınıb.

Sürücüsü hələlik istintaqla müəyyən edilməyən 10- VN- 463 dövlət nömrə nişanlı "Hundai" markalı sərnişin mikroavtobusu paytaxt istiqamətində hərəkətdə olarkən, 90- GT- 926 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı sərnişin mikravtobusu onu arxadan vurub.

Qəza zamanı "Hundai" markalı sərnişin mikroavtobusu yoldan çıxaraq iki dəfə fırlanıb və yolun kənarına aşıb. Hadisə nəticəsində Bakı şəhəri Xətai rayon sakini, 1964-cü il təvəllüdlü Natiq Məmməd oğlu Əzizov ağır bədən xəsarətləri ilə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Xəstəxandan yaralının reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildirdilər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

"Hundai" markalı sərnişin mikroavtobus yerli şirkətlərdən birinə məxsus olub və fəhlələri işə aparırmış.

Qəza zamanı yolda bir müddət tıxac yaranıb.

Paytaxtda sonuncu qəza bu gün səhər saatlarında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda "Saipa" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verdiyi barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Saipa" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq təcili tibbi yardıma təhvil veriblər.