İçərisində məmurlar olan maşın partladı – 2 ölü, 1 yaralı

Türkiyədə içərisində 3 məmurun olduğu 73 FG 263 dövlət nömrə nişanlı avtomobil partlayıb.


AzNews.az xəbər verir ki, hadisə nəticəsində 2 məmur dünyasını dəyişib, 1-i yaralanıb.

Avtomobildə olan məmurların adları da açıqlanıb. Məlumata görə, onlar dövlət xəstəxanasında çalışan məmurlar Diyar Oslu və Əbdülkərim Oslu və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr xidmətinin əməkdaşı Əhməd Arttı olub.

Yaralı məmur helikopterlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.