Dairə Seçki Komissiyasının (DSK) sədrinin oğlunu öldürən şəxsin kimliyi məlum olub. Dairə Seçki Komissiyasının (DSK) sədrinin oğlunu öldürən şəxsin kimliyi məlum olub.

DSK sədrinin oğlunu öldürən şəxs tapıldı

Dairə Seçki Komissiyasının (DSK) sədrinin oğlunu öldürən şəxsin kimliyi məlum olub.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini Vüqar Zülfü oğlu Rüstəmov olduğu müəyyən edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum qətl hadisəsi yanvarın 7-də qeydə alınıb. Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R. Rüstəmov küçəsindəki mənzildə tapılıb.

Qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

APA.az