DİN bank-a basqınla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Binəqədi rayonundakı “Dəmir Bank” ASC-dən oğurluğa cəhd haqda məlumat yayıb.


AzNews.az xəbər verir ki, fevralın 11-də saat 23 radələrində Binəqədi rayonunun Ş.Məmmədova küçəsindəki "Dəmir Bank" ASC-dən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlib Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən paytaxt sakini Elxan Məsimov saxlanılıb və 5-ci PB-yə təhvil verilib.