Əsgərlər Bayraq Meydanında and içəcək

Noyabrın 11-də Dövlət Bayraq Meydanında Daxili Qoşunların gənc əsgərlərinin andiçmə mərasimi keçiriləcək. Bu barədə AzNews.az-a Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik Təranə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, mərasimdə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov və digər tanınmış şəxslərin iştirakı gözlənilir.

Qeyd edək ki, sözügedən mərasimdə DİN-nin Polis Akademiyasının müdavimlərinin də andiçməsi gözlənilir. Mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun da iştirakı istisna edilmir.

Vasif Həsənli
AzNews.az