- Köhnə - Hadisə
- 15 Fevral 2016 14:25
- 780
Avtomobildən maqnitofon oğurlayan şəxs tutuldu

Avtomobildən maqnitofon oğurlayan Siyəzən şəhər sakini tutulub.
AzNews.az Daxili işlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 17-də Qaraxan Ağayevə məxsus avtomobildən maqnitofon oğurlayan Siyəzən şəhər sakini Xəqani Eyvazov tutulub.