Sabunçu rayonunda vətəndaşa məxsus ikimərtəbəli ev yanıb. Sabunçu rayonunda vətəndaşa məxsus ikimərtəbəli ev yanıb.

İkimərtəbəli bağ evi yandı

Sabunçu rayonunda vətəndaşa məxsus ikimərtəbəli ev yanıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı bağ evinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər bağ evləri yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.