Mağazadan pul və tütün məmulatı oğurlanıb. Mağazadan pul və tütün məmulatı oğurlanıb.

Mağazadan pul və tütün məmulatı oğurlandı

Mağazadan pul və tütün məmulatı oğurlanıb.


AzNews.az xəbər verir ki, fevralın 18-də Şəki şəhərində yaşayan Elşən Əsədliyə məxsus mağazadan 100 manat və tütün məmulatı oğurlanıb.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Zaqatala rayon sakinləri Yaşar Səlimov, Namiq Mirzəyev və Salyan rayon sakini Xəyal İsmayılov tutulublar. Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün şəhər sakinləri Azər Balammədova və Sahib Rəhimova məxsus mağazalardan pul, tütün məmulatı, spirtli içki və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.