Bakıda polis mayoru yolun əks istiqamətinə çıxaraq qəza törədib. Bakıda polis mayoru yolun əks istiqamətinə çıxaraq qəza törədib.

Polis mayoru qəzaya düşdü - Bakıda

Bakıda polis mayoru yolun əks istiqamətinə çıxaraq qəza törədib.


Hadisə Nizami rayonu, Çobanzadə küçəsində bir neçə gün öncə baş verib.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili olan mayor Seymur Qarayev xidmətdə olarkən idarə etdiyi "Chevrolet Niva" markalı 10 AP 738 nömrəli avtomobillər yolun əks istiqamətində hərəkət edən Bakı sakini 1995-ci il təvəllüdlü İlkin Məmmədovun idarə etdiyi "Moped"lə toqquşub.

Qəza nəticəsində xəsarət alan İ.Məmmədov Travmotogiya İnstitutuna yerləşdirilib.

Araşdırma aparılır.

Qafqazinfo.az