Masallının deputatı Nəriman Əliyevlə bağlı daha bir ilginc məlumat yayılıb. Masallının deputatı Nəriman Əliyevlə bağlı daha bir ilginc məlumat yayılıb.

Deputat Nəriman Əliyevin diplomu saxtadır?

Masallının deputatı Nəriman Əliyevlə bağlı daha bir ilginc məlumat yayılıb.


Məlumatda iddia edilir ki, Nəriman Əliyevin diplomu saxtadır. Adıçəkilən deputat 1985-ci ildə Bakı Ticarət Texnikumuna daxil olub və 1988-ci ildə hərbi xidmətdən tərxis olduqdan sonra təhsilini davam etdirərək, adıçəkilən təhsil qurumunun məzunu olub.

Tərcümeyi-halında yazıldığına görə, Nəriman Əliyev 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı bitirib. Həmçinin o da məlum olub ki, millət vəkili 1999-cu ildə "Nur-M" MMC adlı şirkəti təsis edib.

2010-cu ildən Milli Məclisin deputatı olan Nəriman Əliyev YAP-ın üzvüdür və hazırda parlamentdə hüquq komissiyasında təmsil olunur.

Məlumata görə, Nəriman Əliyev Rostov Dövlət Universitetində oxumayıb və aldığı diplom da saxtadır. Hətta bu iddianı irəli sürənlər onun ümumiyyətlə rus dilini bilmədiyini deyirlər.

Xezernews.az