Kürdəmir rayonunda yük avtomobillərinin iştirakı ilə yol qəzası baş verib. Kürdəmir rayonunda yük avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.

Yük maşınları toqquşdu - Xəsarət alan var

Kürdəmir rayonunda yük avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.


AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Atakişili kəndində 2 "SHACMAN" markalı yük avtomobili toqquşub.

Nəticədə, yük avtomobillərdən birinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.