Mehman Əhmədovun cənazəsini bu gün ölkəyə gətirmək mümkün olmayıb Mehman Əhmədovun cənazəsini bu gün ölkəyə gətirmək mümkün olmayıb

Vitse-prezident istirahət zamanı vəfat etdi

Mehman Əhmədovun cənazəsini bu gün ölkəyə gətirmək mümkün olmayıb



AzNews.az-a daxil olan məlumata görə, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Məhəmməd oğlu Əhmədov bu gün səhər ailəsi ilə birgə istirahət etdiyi Çexiyadakı Karlovı Varı şəhərində qəfildən rəhmətə gedib. Məlumata görə, ölümə səbəb ürək damarlarının tıxanması olub.

Ancaq bu gün ölkəmizə təyyarə reysi olmadığından mərhumun cənazəsinin gətirilməsi prosesi yubanır. Hadisə ilə bağlı M.Əhmədovun iş yeri ilə əlaqə saxlasaq da, istirahət günü olduğundan telefonlarımızı cavablandıran olmadı.

Məhruma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.

AzNews.az