Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib.

İcra başçısının ailəsində bədbəxt hadisə - 3 yaralı (Yenilənib)

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib.


AzNews.az xəbər verir ki, icra başçısının bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.

Qəzaya düşən "Toyota" markalı avtomobildə K.Babayeva ilə yanaşı, yeznəsi və qızı olub.

Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər. Gömrük Hospitalına yerləşdirilən yaralılardan başçının bacısının vəziyyəti çox kritik qiymətləndirilir.

Hazırda icra başçısı və ailə üzvləri xəstəxanadadırlar.

***
11.03.2016
22:15

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ailəsində baş verən bədbəxt hadisədən danışıb.

O, AzNews.az-a açıqlamasında hazırda xəstəxanada olduğunu deyib:

"Qəza zamanl nəvələrim də maşında olub. Lakin onların vəziyyəti yaxşıdır. Hazırda evdədirlər. Yeznəm də müayinə olunub, hazırda palatadadır, vəziyyəti normaldır. Bacımın vəziyyəti də düzəlmək üzrədir, qolundan əməliyyat olunub".

Qeyd edək ki, Zərdab rayon İcra başçısı Lütfəli Babayevin bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.

Qəzaya düşən "Toyota" markalı avtomobildə L.Babayevin bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi, qızı və nəvələri olub.

Yaralılar xüsusi vertolyotla Bakıya gətirilərək Gömrük Hospitalına yerləşdirilib.