Göyçay rayonunda intihar hadisəsi baş verib. Göyçay rayonunda intihar hadisəsi baş verib.

43 yaşlı kişi özünü asdı - Göyçayda

Göyçay rayonunda intihar hadisəsi baş verib.


Hadisə rayonun Ərəb kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Zülfüqarov Ariz İsrayıl oğlu həyətindəki meyvə ağacından özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, tam məlum deyil. Ehtimala görə, iki övladı olan Ariz Zülfüqarov ayrı-ayrı şəxslərə və banka pul borcu olduğu üçün özünü asıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA.az