Tovuzda intihar hadisəsi baş verib. Tovuzda intihar hadisəsi baş verib.

58 yaşlı kişi özünü körpüdən ataraq öldürdü

Tovuzda intihar hadisəsi baş verib.


Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Hilal Bağırov özünü kənd ərazisindəki körpüdən ataraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA.az