- Köhnə - Hadisə
- 18 Aprel 2016 11:55
- 2 245
22 yaşlı oğlan göldə batdı - Bakıda
22 yaşlı oğlan Qaradağ rayonu ərazisindəki göldə batıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 16 aprel 2016-cı il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) batan 1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 10:05-də başa çatıb.