Azərbaycanla NATO arasında 2016-cı il PAP sənədinin müzakirəsi üzrə görüş keçirilib. Azərbaycanla NATO arasında 2016-cı il PAP sənədinin müzakirəsi üzrə görüş keçirilib.

Azərbaycanla NATO arasında - PAP sənədinin müzakirəsi

Azərbaycanla NATO arasında 2016-cı il PAP sənədinin müzakirəsi üzrə görüş keçirilib.


AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 19-da Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil-Qərargahında Azərbaycan Respublikası ilə NATO arasında 2016-cı il "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədi çərçivəsində Tərəfdaşlıq Məqsədlərinin müzakirəsi üzrə NATO-nun Şimali Atlantika Şurasının "28+1" formatında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Müdafiə və Xarici İşlər Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də NATO yanında Azərbaycan Respublikasının daimi Nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə regiondakı təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, PAP üzrə məqsədlərin yerinə yetirilməsi, o cümlədən NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri üzrə müzakirələr aparılıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov NATO üzv dövlətlərinin nümayəndələrinə aprel ayının ilk günlərində qoşunların təmas xəttində yerləşən Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin həyata keçirdiyi təxribat fəaliyyətləri, onların qarşısının alınması, o cümlədən mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri barədə geniş məlumat verilib.