Bakı şəhər sakinləri olan bir ailənin 4 üzvü Şəkidə yol qəzasına düşüb. Bakı şəhər sakinləri olan bir ailənin 4 üzvü Şəkidə yol qəzasına düşüb.

Şəkidə yol qəzası - Bir ailənin dörd üzvü yaralandı

Bakı şəhər sakinləri olan bir ailənin 4 üzvü Şəkidə yol qəzasına düşüb.


Hadisə bu gün günorta saatlarında Şəki şəhəri Nəriman Nərimanov küçəsində baş verib.

Bakı şəhəri, Yasamal rayon sakini 1950-ci il təvəllüdlü Faiq Ağakərim oğlu Kəriml idarə etdiyi "Nissan" markalı 90-LU-889 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Qəza nəticəsində sürücü, onun qızı 1982-ci il təvəllüdlü Sona Bayramlı, nəvələri 2007 ci il təvəllüdlü Fateh Zeynal oğlu Bayramlı və 2008-ci il təvəllüdlü Fəridə Zeynal qızı Bayramlı aldıqları xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Şəki RMX-dan verilən məlumata görə, yaralıların vəziyyəti yüngül olduğundan onlara xəstəxanada yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


APA