Beynəlxalq axtarışda olan şəxs tutuldu

Gəncə polisi beynəlxalq axtarışda olan şəxsi tutub. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ukraynanın Daxili İşlər Nazirliyi tərəfindən İnterpola axtarışa verilmiş Ruslan Ağalarov həbs edilib.

O, Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.

AzNews.az