Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib. Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Boğulmaq üzrə olan bir nəfər xilas edildi

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.



AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.