Bakı şəhəri, Sabuncu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhəri, Sabuncu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Polis serjantı qəza törətdi - Bakıda

Bakı şəhəri, Sabuncu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Zabrat-Maştağa şossesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi "VAZ-21150" və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi idarə etdiyi "VAZ-21041" markalı avtomobillər toqquşub.

Nəticədə V.Eminovun sərnişinləri Neftçala rayon sakini 1960-ci il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır.

Faktla bağlı istintaq aparılır.

Report.az