- Köhnə - Hadisə
- 2 Avqust 2016 10:28
- 3 517
34 yaşlı qadın özünü öldürdü - Salyanda
Salyanda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Yasəmən Kərimova özünü yaşadığı ünvanda asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
APA.az