- Köhnə - Hadisə
- 21 Avqust 2016 16:05
- 3 229
14 yaşlı qız faciəvi şəkildə öldü
Sabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.
Hüquq-mühafizə orqanları araşdırma aparır.
APA.az