Bakının mərkəzindəki mağazada yanğın

Bakının mərkəzində yanğın baş verib.


Yanğın "ISR Plaza" biznes mərkəzinə yaxın ərazidə, "Ernesro Mazzoni" geyim mağazasının anbarında qeydə alınıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb. Xəsarət alan yoxdur.

İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.


Trend.az