- Köhnə - Hadisə
- 25 Avqust 2016 18:02
- 5 206
19 yaşlı qız bıçaqlandı - Bakıda
Bakının Sabunçu rayonunda 19 yaşlı qız naməlum şəraitdə bıçaqlanıb.
Hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qəsəbənin Ş.Kamilov küçəsi ev 5 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Mirfatimə Quliyeva qarın nahiyəsindən aldığı dörd bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub, vəziyyəti ağırdır.
Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Report.az