- Köhnə - Hadisə
- 5 Dekabr 2012 12:57
- 3 111
Bakıda ər arvadının burnunu sındırdı
Qadın polisə müraciət etməkdən imtina edib
Bakıda ailə münaqişəsi nəticəsində ər 30 yaşlı həyat yoldaşının burnunu sındırıb. Bu barədə məlumat AzNews.az-a "Təmiz dünya" İctimai Birliyindən verilib.
Birliyin məlumatına görə, zorakılığa məruz qalmış qadın mütəmadi olaraq həyat yoldaşı tərəfindən döyüldüyünü bildirib: "Qadının təşkilata müraciət etməsinin səbəbi isə burnunda cərrahiyyə əməliyyatı aparılması üçün yardım istəmək olub. Lakin qadına məruz qaldığı zorakılıq faktı ilə bağlı polisə müraciət etmək təklif edildikdə o, bundan imtina edib. Səbəb kimi isə həyat yoldaşının ona yenidən fiziki zorakılıq tətbiq edəcəyini göstərib".
Elnarə Əlosmanqızı
AzNews.az