“07” traktorla toqquşdu - 1 ölü (Video + Foto)

Kürdəmirdə yol qəzası ölümə səbəb olub.


ARB TV xəbər verir ki, rayonun Qaraqocalı kəndində Ağsu sakini 35 yaşlı Vüsal Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə, eyni istiqamətdə hərəkətdə olan, Kürdəmir sakini 23 yaşlı Əşrəf İsmayılovun idarə etdiyi qoşqulu traktor toqquşub.

Nəticədə minik maşınında olan sərnişin Məhəmməd Əhmədov ağır xəsarət alıb və Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az

image description image description image description