Yeni ildə şənlənmək üçün düzəltdiyi qurgu əlində partladı, barmaqları kəsildi. Yeni ildə şənlənmək üçün düzəltdiyi qurgu əlində partladı, barmaqları kəsildi.

Öz düzəltdiyi qurğu əlində partladı - Barmaqları kəsildi - Video

Yeni ildə şənlənmək üçün düzəltdiyi qurgu əlində partladı, barmaqları kəsildi.


AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Zaqatalada 25 yaşlı gəncin kustar üsulla hazırladığı partlağan əlində açılıb. Bədbəxt hadisə nəticəsində o barmaqlarını itirib. Onun iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub.

Dünən axşam saatlarında Zaqatalanın Zəyəm kənd sakini Nurlan İsayev evində partlayıcı qurğunun necə işlədiyini yoxlayan zaman əlində partlayıb. Nəticədə Nurlan İsayevin sol əlindən aldığı ciddi xəsarətlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onun sol əli üzərində cərrahiyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub.

Hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.Vəziyyətinin orta-stabil olduğu bildirilir.