Bakıda kütləvi dava: ölənlər var


Dünən axşam saatlarında Bakı şəhərinin Suraxanı rayonu ərazisində kütləvi dava-dalaş baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisindəki parkda bir qrup gənc arasında hələlik bəlli olmayan səbəbdən dava düşüb.

Hadisə zamanı 1988-ci il təvəllüdlü Elxan Akif oğlu Ağayev ölümcül xəsarətlər alıb və təcili tibbi yardım stansiyasında ölüb. Onun ürək və qarın nahiyəsində bıçaq xəsarətləri aşkarlanıb.

Hazırda davada iştirak etmiş və 25 yaşlı E.Ağayevi qətlə yetirmiş şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

AzNews.az