“Anamın Türkiyəyə kimin təklifi ilə getməsi, orada kiminlə görüşməsi araşdırılacaq” “Anamın Türkiyəyə kimin təklifi ilə getməsi, orada kiminlə görüşməsi araşdırılacaq”

Sevinc Babayevanın oğlu istintaqa çağırılıb

“Anamın Türkiyəyə kimin təklifi ilə getməsi, orada kiminlə görüşməsi araşdırılacaq”




ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallan Sevinc Babayevanın oğlu Ayxan Məmmədov növbəti dəfə istintaqa çağırılıb. Bu barədə APA-ya A. Məmmədov özü məlumat verib.

A. Məmmədov qeyd edib ki, o, istintaq qrupunun dəvəti ilə bir neçə gün əvvəl Bakı Şəhər Prokurorluğunda olub. Ona cinayət işinin hazırkı mərhələsi, anasının ölümünün araşdırılması və digər məsələlər barədə məlumat verilib: "Mənə dedilər ki, hazırda istintaq tədbirləri davam etdirilir, müəyyən detallar üzərində iş aparılır. Bundan başqa, mənə bildirdilər ki, hər şey obyektiv araşdırılacaq. Gülər Əhmədovanın və onun ailə üzvlərinin bu prosesdə nə kimi rolunun olması araşdırılacaq".

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin "Medicana International İstanbul Hospital" xəstəxanasında vəfat edib. Xəstəxanadan verilən ilkin məlumata görə, S. Babayeva həmin tibb müəssisəsinə başqa ad və soyadla (Məryəm Solmaz) daxil olub və ürək çatışmazlığından vəfat edib. Azərbaycanın Baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırıb və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunublar.